HARVARD PROFESSORU UZUN YAŞAMAĞIN SİRRİNİ AÇDI

HARVARD PROFESSORU UZUN YAŞAMAĞIN SİRRİNİ AÇDI
Həftə ərzində 150 dəqiqə gəzinti yaşlı insanlara dünyanın bir çox ölkələrində tövsiyə edilir.

Loading.az bildirir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb. Tövsiyələr fiziki aktivliyin insan səhhətinə təsirini araşdıran tədqiqatın nəticələrinə əsaslanır. Bəzi mütəxəssislər isə fiziki yüklənmənin dəqiqələrlə ölçülməsini düzgün hesab etmir.

Harvard Universitetinin professoru Ay-Min Li qəzetə müsahibəsində bildirib ki, yaşlı qadınlar üçün fiziki yüklənməni onların atdıqları addımların sayı ilə ölçmək daha dəqiq olardı.

"Journal of American Medical Association" qəzetində dərc olunan yeni tədqiqatda professor Li və onun həmkarları tonusun saxlanması üçün lazım gələn addımların sayını aydınlaşdırmağa çalışıblar.

Onlar əksəriyyəti yaşı 70-ə çatmış 17 min qadın üzərində müşahidələrin nəticələrini tədqiq edərək belə qənaətə gəliblər ki, vaxtsız ölüm riski ehtimalını azaltmaq üçün gün ərzində 7,5 min yüngül gəzinti addımı atmaq kifayət edər.

Az hərəkətli həyat tərzi keçirən qadının gün ərzində atdığı təxminən 2,7 min addım vaxtsız ölüm riskinin qarşısını almır. Professor Li gündə 10 min addımın atılmalı olduğu barədə populyar mülahizənin elmi tədqiqatlar vasitəsilə təsdiqini tapmadığını da qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
233 283 291 296 260 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.