HASANLY

HASANLY Sevgi / Şeirlər 28-06-2019, 14:22

Sevgi dedikleri

Sevgi dedikleri
Sevgi dedikləri bu olsa gərək,
Fikrindən saçlarım bəm-bəyaz olub.
Dostum da qınayır hər addım başı,
Deyir ki, demişdim hələ az olub.
Sevgi dedikleri
Vurulmaq insanın əlində deyil,
Birdə baxırsan ki, iş işdən keçib.
Dəyişdim büs-bütün xasiyyətimi,
Xətrinə nə qədər vərdişdən keçib.

Məcnun çağırırlar adımı hərdən,
Sənsizlik keçilməz səhra misalı.
Gözümdə o qədər dəyərlisənki,
Əlinin gözündə Zəhra misalı.

Xaleddin İlyas

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
377 351 336 370 374 316

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.