HASANLY

HASANLY Xəbərlər 29-06-2019, 13:37

Mingəçevir SES-də qəza - Bəzi yerlərdə işıqlar sönüb

Mingəçevir SES-də qəza - Bəzi yerlərdə işıqlar sönüb
Bu dəqiqələrdə Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib.

loading.az xəbər verir ki, bu barədə Mingəçevi sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Verilən məlumata görə, hadisə yarım saat bundan əvvəl qeydə alınıb.

Hadisə nəticəsində bəzi yerlərdə işıqların söndürüldüyü qeyd edilir.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, stansiyada yaranmış problem aradan qaldırılıb.

“Xırda texniki hadisə olub. Heç bir ciddi müdaxiləyə ehtiyac olmayıb. Hadisənin qarşısı dərhal alınıb. Problem aradan qaldırılıb”, - deyə məlumatda bildirilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
335 388 431 360 365 417

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.