HASANLY

HASANLY Xəbərlər / İdman 30-06-2019, 16:15

Peru Amerika Kubokunun yarımfinalına çıxdı

Peru Amerika Kubokunun yarımfinalına çıxdı
Braziliyanın Salvador şəhərinin "Fonte-Nova" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Peru və Uruqvay yığmaları qarşılaşıb.
Matç zamanı uruqvaylılar 3 qol vursalar da, oyunun əsas hissəsi 0:0 hesabı ilə başa çatıb. Belə ki, görüşün baş hakimi ofsaytlara görə qapıdan keçirilmiş heç bir topu qeydə almayıb.

Oyunsonrası penalti seriyası isə Peru millisinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, iyulun 2-də keçiriləcək yarımfinal görüşündə Peru yığması ilə Çili millisi qarşılaşacaq. Bir gün sonra isə yarımfinalda Braziliya və Argentina komandaları görüşəcəklər.

Amerika kuboku iyulun 7-də başa çatacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
551 496 547 390 469 439

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.