ABŞ məhkəməsi Trampın istəyinə qarşı çıxdı
Kaliforniya ştatının federal məhkəməsi ABŞ və Meksika sərhədində divarın tikilməsi üçün Pentaqon tərəfindən vəsait ayrılmağına qarşı çıxıb.
Bu barədə “Voice of America” xəbər verir.
Məlumata əsasən, ABŞ prezidenti Donald Tramp isə öz növbəsində məhkəmənin qərarına yenidən baxılmağı tələb edəcəyini bildirib.
“Biz dərhal apelyasiyaya veririk və düşünürük ki, bu dəfə udacağıq. Məhkəmənin belə bir qərar verməyi üçün heç bir səbəb yox idi”, - deyə Tramp Yaponiyanın Osaka şəhərində keçirilən G20 sammitində mətbuat-konfransı zamanı bildirib.
Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi. O, 2016-cı ildə divarın tikintisinə başlamaq istədiyini bildirsə də, konqress tərəfində dəstək ala bilməmişdi.
2019-cu ildə Tramp divarın tikintisini maliyyələşdirmək üçün fövqəladə hal elan edərək, Pentaqonun büdcəsindən vəsait ayrılmağına nail olmaq istədi. Lakin onun bu qərarı məhkəmələr tərəfindən blok edildi