HASANLY

HASANLY Sevgi 3-07-2019, 15:25

Ayrılıq

Ayrılıq
Ölümün ikinci formasıdır "ayrılıq"
Adi halda sən həyatı tərk edirsən,
ikinci halda həyat səni..
Eynidir sonucu- artıq səninlə bir arada deyil həyat..
Sənə görə yanımdaymış-bu həyat dediyim gözəgörünməz...
Mən də onun tərəfindən tərk edildim,
sən gedən gün...
Əgər görsən o həyatı,
bil ki,səni izləyir..
O da mənə dönəcək-sən dönəndə..
Əgər görsən bir həyat var sakinsiz,
Xəbər yetir mənə,tanıyıram bəlkə..
Əgər görsən bir həyət var,
bayquşlar ulayır-bil ki,ailə qurmuşam..
Əgər görsən,bir gül açıb tikanları yoxdu-
bil ki,qüruruma yalnız sən hörmətlə yanaşırdın..
Yox,əgər görsən bir saray var,
amma darvazası yoxdu-
bil ki,sevə bilmirəm heçkimi,səndən sonra..
Əgər görsən,bir ada var,dənizin ortasında-
bil ki,boğuluram sənsizliyin dəryasında..
Əgər görsən,qışda çiçək açıb bir ağac-
bil ki,yağışa nifrət edirəm səhrada...
Əgər görsən,qatarı pozub,
kənarda uçur bir durna-
bil ki,köçmüşəm bu şəhərdən..
Əgər görsən,yolundan çıxıb üstünə gəlir
uzaqdan bir qatar-
bil ki,yaşayış deyil mənimki,
xəyalınla sürünürəm,sadəcə...
Əgər görsən,bir başdaşı,
üzərinə həkk olunmuş bu şeirimi-
bil ki,heyfini çıxmışam həyat dediyim
gözəgörünməzin
görülməmiş vəfasızlığının heyfini...


Ceyhun Aranli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
568 605 573 528 573 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.