HASANLY

HASANLY Xəbərlər 4-07-2019, 16:42

Rəqəmsal texnologiyaların neft sənayesində rolu müzakirə olunub

Rəqəmsal texnologiyaların neft sənayesində rolu müzakirə olunub
İyulun 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Baker Hughes GE” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən, rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub.

Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpası, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə “Baker Hughes GE”nin SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulub, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunub.

“Baker Hughes GE” Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlayıb. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, “Equinor”, eləcə də SOCAR-ın “Caspian Drilling Company” şirkətləri ilə əməkdaşlıq edir.

Azərbaycanda “Baker Hughes GE”nin dörd məhsulundan - Neft Xidmətləri (OFC), Neft Avadanlıqları (OFE), Turbo Maşın və Proses Həlli (DS), Ölçmə və Nəzarət (M&C) və Rəqəmli məhsullarından istifadə olunur.

Hazırda BHGE dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühitə daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
373 354 284 328 298 353

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.