Ehmedzade

Ehmedzade Xəbərlər 4-07-2019, 18:24

Qoşqar Təhməzlinin zəhərlənmə xəbəri yalan çıxdı - Rəsmi açıqlama

Qoşqar Təhməzlinin zəhərlənmə xəbəri yalan çıxdı - Rəsmi açıqlama
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin zəhərlənməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

“Qafqazinfo” məlumatı dəqiqləşdirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Agentlikdən bildirilib ki, bu, absurd və heç bir reallığı əks etdirməyən məlumatdır:

“Biz Qida Təhlükəsizliyi Agentliyi olaraq bu cür təxəyyül məhsulu olan əsasız xəbərlərə bir qayda olaraq şərh vermirik. Diqqət yetirdikdə xəbərin içərisində bir-birini təkzib edən kifayət qədər məlumatın olduğu və xəbərin əsassız şayiə olduğu aydın görünür. Təkcə onu qeyd edə bilərik ki, Agentliyin Çağrı Mərkəzi ən müasir innovasiyalara əsaslanan proqram təminatı ilə təhciz olunub. Hazırda bu sahədə hər hansı problem mövcud deyil və daxil olan müraciətlər, onların icra vəziyyəti ilə bağlı aylıq hesabatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 394 300 385 355 308

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.