HASANLY

HASANLY Xəbərlər 5-07-2019, 17:28

Bakıya on minlərlə siqaret gətirmək cəhdi alınmadı

Bakıya on minlərlə siqaret gətirmək cəhdi alınmadı
Bakıya külli miqdarda aksiz markası olmayan siqaret gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, əməliyyat nəticəsində “Mercedes Benz” markalı minik avtomobilində Xaçmaz rayonu ərazisindən Bakı şəhəri istiqamətinə daşınan, Azərbaycanın aksiz markası ilə markalanmamış külli miqdarda siqaret aşkarlanıb.

Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobil Bakı-Sumqayıt şosesində saxlanılıb və baxış keçirilib.
Bu zaman avtomobildə 18 ədəd karton qutuda Azərbaycana məxsus aksiz markası olmayan 114 min ədəd “King” markalı siqaretlər aşkar edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 410 384 370 364 410

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.