HASANLY

HASANLY Xəbərlər 17-07-2019, 21:23

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır

FHN-in İdman-sağlamlıq klubunun kompleksi 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalına hazırdır
Bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan Respublikasında daha bir mötəbər tədbir keçiriləcəkdir. Olimpiya hərəkatının təbliği, dəyərləri və ideallarını gənclərə aşılamaq məqsədilə 20-28 iyul 2019-cu il tarixlərində Bakıda 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalı baş tutacaqdır. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növü bütün beynəlxalq standartlara cavab verən Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında keçiriləcəkdir.

16 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və təşkilat komitəsinin nümayəndələri FHN-in İdman-sağlamlıq klubunun bazasına gələrək, hazırlıq işləri ilə yaxından tanış olublar. Onlar hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun kompleksinin cəmi altı aydır fəaliyyət göstərməsinə baxmayaraq, burada bir sıra idman tədbirləri keçirilib. Avropa Gənclər Yay Olimpiya Festivalının proqramına daxil olan voleybol idman növünün FHN-in İdman-sağlamlıq klubunun arenasında keçirilməsi kompleksimizin yüksək beynəlxalq standartlara cavab verməsinin göstəricisi kimi fərəhləndirici bir haldır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
403 311 379 315 309 317

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.