HASANLY

HASANLY Hekayələr 19-07-2019, 16:38

Fədakar həkim

Fədakar həkim
Cərrahın telefonu çalar,zəng edən xəstəcana katibəsifir.
- Buyurun eşidirəm.
+ Həkim,ağır xəstə var,təcili bütün işinizi buraxın gəlin.
- Gəlirəm. Deyib həkim təlaşla yola düşdü.
Həkimi xəstəxanada xəstənin atası əsəblə qarşıladı:
- Mənim oğlum ölüm döşəyindədir,nə üçün bu qədər gec gəldiniz? Sizin öz oğlunuz olsaydı yenə belə edərdinizmi?
Cərrah gülümsədi:- Mənə xəbər verilir verilməz təcili gəldim. Birdə unutmayın ki,Həyat və Ölüm Allahın əlindədir.
Cərrah əməliyat otağına daxil olur.
Əməliyat 2saat çəkdi.
Cərrah otaqdan çıxıb kalidordakı atanın yanından sakitçə çıxıb getdi.
Ardından köməkçi həkim çıxdı. Ataya oğlunuz yaşayacaq dedi.
Ata bir anlıq sevindi,sora yenə hiddətlənib dedi:
- Bu cərrah çox pis və insafsız adamdır. Nə olacaqdıki çıxarkən mənə bu yaxşı xəbəri o,versəydi.
Köməkçi həkimin gözləri doldu və adamı həyatı boyunca peşimanlığa sövq edəcək olan bu cavabı verdi:
- Cərrah çox gözəl adamdır. Onun oğlu avtomobil qəzasında bu gün vəfat etdi. Biz onu dəfn mərasimindən çağırdıq. Oğlunun dəfn mərasimini etmədən sizin oğlunuzun şəfasına vəsilə olmaq üçün xəstəxanaya gəldi.

"Ürəyin sadəcə özündən olana yanırsa 'İNSAN' deyilsən."

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
699 739 616 663 683 576

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.