HASANLY

HASANLY Şeirlər 3-08-2019, 12:06

Sənsizliyi təsvir et desələr

Sənsizliyi təsvir et desələr


Sənsizliyi təsvir et desələr
Gülü qoparılmış cücərti kimi deyərəm
Amma o qoparılan gülün yerində,
Yeni güllər açacaq cücərtidə
Mənim ürəyimdə isə
Gəlirsənsə gülüm yenidən can tapacaq
Gəlməzsən əbədi olaraq solacaq


Yoxluğunun ağrısını izah et desələr
Biçağın batdığı ürəkdə ki acı kimi deyərəm
Elə ağrıyar ki gözyaşlarını tuta bilməzsən
Elə dərindir ki sızladayar,dözə bilməzsən
Bir an əvvəl ölməyi istəyərsən
Ölməzsənsə əgər, bir anlıqda olsa ölümü dadarsan


Mənə sənsiz yaşamanın necə olduğunu soruşsalar
Anası atası olmayan yetim bir uşaq kimi
İşıqsız qaranlıqda qalmış kor kimi
Susuz bir səhra fərz et ki
İşdə sənsiz yaşamaq belə bir şey sanki
Axıdar gözlərimdən yaşı, sızladar ürəyimi


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
575 586 524 451 478 574

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.