HASANLY

HASANLY özünü 😟 tənha hiss edir. Sevgi 17-08-2019, 12:05

Ən zəif halqa

Ən zəif halqa
Ən zəif halqa
Sənə sevgimi izah etdikcə uzaq dayandın məndən. Mən "Eşq" dedikcə, sən "Dayan" dedin. Halbuki mən həqiqətən "Sevmişəm Səni". Buna görə içimdəki eşq fırtınasını dayandırmağım mümkün deyil. Deməyə bilməzdim ki Sənə sevgi sözlərimi…

Həyata dair nə varsa paylaşmaq istədim səninlə. Güləcəyiksə birlikdə, ağlayacaqsaq birlikdə olmağını istədim. Qarşımıza eşqimizin işığını alıb, bizim üçün işıqlandırdığı yolda heç bir maneəyə ilişmədən, ürəklə, qorxusuzca getməyimizi istədim. Ancaq belə yaşanardı bir eşq çünki...

Hər kəsin ayrı bir dünyası var bilirəm. Amma eşq ayrı dünyaları bir araya gətirib, yeni bir dünya yaratmaq deyil mi? Yaradılan o dünyada kimsənin mənliyini itirmədən ortaq Ehtirasları, duyğuları yaşamaq deyil mi eşq? Hər cür qarşıdurmaya baxmayaraq, bir kiçik təbəssüm, bir isti baxışla unutmaq deyil mi bütün inciklikləri...

Mən səni itirmə duyğusunu daşıyıram içimdə. İnciyəcəksən deyə toxunmağa qorxuram. Yoxluğunu düşünməyin verdiyi iç narahatlığıyla yuxusuz gecələr keçirirəm. Səhərə qədər qırpmıram gözlərimi, səhər səni gördüyümdə elə bil ki saatlardır yatırmışım kimi enerjiylə doluram. Tərifi qeyri-mümkün bir həyəcandı bu...

Bir toxumsan Sən ürəyimə əkdiyim. Qanımın dəli axışıyla sulayıram səni. Sevgimin atəşiylə isidirəm ayazda. Böyüyəcək, bir qönçə olacaq, rəngarəng çiçəklər açacaqsan...

İndi yorğundu ürəyim... Bu qədər səyə baxmayaraq, o xoşbəxtlik gülüşünü üzündə görə bilmədiyim üçün yorğundu. Cəsarətsizliyinlə, əhəmiyyətli hesab etməzliyinlə, eşqə ağız büzməyinlə yorğundu...

Ürəyim, Səni bu eşqin ən zəif halqası seçdi…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
848 756 616 612 703 719

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.