♔Kraliça♔

♔Kraliça♔ Maraqlı 22-08-2016, 17:30

Həyat bizə hər addımda doğru yolu göstərir

Həyat bizə hər addımda doğru yolu göstərir
Həyat bizə hər addımda doğru yolu göstərir

Bir insanın çata biləcəyi ən yüksək səviyyə, öz inanc və düşüncələrinin şüuruna varmaq, öz özünü tanımaqdır.

Kifayət qədər zamanımız həmişə vardır, təki doğru istifadə edək.

Faydasız bir həyat, erkən bir ölümdür.

Ən gözəl təsir, iki oxşar ruhun bir-birinə etdiyi təsirdir.

Tələsmə, amma tənbəllik də etmə.

Siz özünüzə inanın, başqaları da sizə inanacaqdır.

Az ümid edib çox əldə etmək həyatın həqiqi bir sirridir.

Hər an özümüzü dəyişdirməli, yeniləməli və gəncləşdirməliyik, yoxsa qatılaşarıq.

Yaxşılıq, insanları bir-birinə bağlayan qızıl zəncirdir.

Dünyada sevgiyə və coşğuya açıq bir qəlb qədər dəyərli bir şey yoxdur.

Qabiliyyət, sükunət içində ortaya çıxar. Xarakter isə dünyanın fırtınaları içində.

İnsan özünü yalnız insanda tanıyar.


Malını itirən, bir şey itirmişdir. Şərəfini itirən bir çox şey itirmişdir. Amma cəsarətini itirən hər şeyini itirmişdir.

Heç zaman güvənməmək, hər zaman güvənmək qədər böyük bir yalnışdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
559 570 538 531 604 545

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.