amon

amon Sağlamlıq 7-12-2020, 00:24

Həzmi asanlaşdıran 3 çay

Həzmi asanlaşdıran 3 çay
1. Nanə 
Nanə canlandırıcı ətri və mədəni sakitləşdirməsi ilə tanınır. Bəzi araşdırmalar, nanənin həzm problemlərini yaxşılaşdırdığını sübut etmişdir. 
Nanə yağı bəzi hallarda qalın bağırsağa təsir edən və mədə ağrıları, şişkinlik, qaz də digər simptomları olan iltihablı bağırsaq sindromununu sakitləşdirmək üçün istifadə edilir. 
Nanə çayını hazırlamaq üçün 7-10 təzə nanə yarpağını 10 dəqiqə ərzində 1 stəkan qaynar suya batırın. Süzün və için.

2. Zəncəfil
Zəncəfil, ədviyyat olaraq istifadə edilir. Zəncəfil mədə əzələlərini hərəkətə keçirməyə kömək edir. Zəncəfil, mədə bulantısı, şişkinlik, qaz və həzmsizliyə kömək edir.
Zəncəfil çayı hazırlamaq üçün 2 yemək qaşığı (28 qram) dilimlənmiş zəncəfil kökünü 2 stəkan (500ml)suda 10-20 dəqiqə qaynadın. Süzün və için.

3. Razyana
Razyananın meyan kökünü bənzəri dadı vardır, çiy və ya bişirilmiş olaraq istifadə edilir. Araşdırmalar, razyananın bağırsaqları hərəkətə keçirdiyini sübut etmişdir. 
1 çay qaşığı (1 qram)razyana toxumunun üstünə 1 su stəkan (250 ml) qaynar su tökərək razyana çayı hazırlaya bilərsiniz. 

 
 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
515 537 586 530 490 490

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.