Taekwondo-bir idman növü
• ALPMAN ( türk mənşəli ) - qoçaq, igid, qəhrəman insan, döyüşçü, qorxusuz, bahadır (qədim türklərdə titul), qədim türklərdə istifadə olunan ünvan.
• ALP - Qədim türk ordusunda xüsusi zümrə təşkil edən adamların yalnız qılınc və qan bahasına qazanaraq aldıqları titul.
Digər mənbələrdə isə canavarlar kimi yaşayan, qurdların davamçısı kimi izah edilir.
ALPMAN logosunun qalxan formasında olması bu idmanın özünü müdafiə döyüş növü olmasından xəbər verir. Qalxanın ortasındakı şəkil isə türklərin simvolu olan BOZQURD şəklidir ( bozqurd - qurdların bir növü ). Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan, türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinə uyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.
Qalxanın yuxarı sol və sağ küncündə olan alov məşəlləri taekvondonun olimpiya idman növü olmasından və eyni zamanda bu klubun odlar yurdu olan Azərbaycanda yaranmasından xəbər verir. Məhz bu səbəbdən də qalxan Azərbaycan bayrağı rənginə boyanmışdır.
Qalxanın aşağı küncündə olan " 2017 " isə klubun məhz həmin tarixdə yaranmasına işarədir. Qeyd edək ki, ALPMAN taekvondo klubu 16 oktyabr 2017 tarixindən bəri fəaliyyətdədir.
13.10.2019-cu il tarixində ALPMAN Taekvondo klubunun 2 yaşı tamam olub.Və bu 2 il ərzində komanda Respublika yarışlarında,rəsmi yarışlarda dəfələrlə iştirak edib və böyük nailiyyətlər qazanıb.Keçən il komandada 40 idmançı var idisə,bu il idmançıların sayı 110-a çatıb .Və bunlardan 11 idmançı qara kəmər ustasıdır.
Qeyd edim ki,məşqlər Azərbaycan Taekvondo Federasiyasının rəsmi məşqçi-müəllimi, WTF taekwondo üzrə IV dan, Combat taekwondo üzrə V dan qara kəmər sahibi, Bədən tərbiyəsi və idman xadimi, İdmanın nəzəriyyəsi və metodikası üzrə magistr təhsilli Nadirov Zahid tərəfindən keçirilir.






