Beren Saat yeni serialı ilə gündəm oldu - VİDEO

“Netflix Türkiyə”dəki ikinci orijinal serial “Atiye”nin ilk frqamanı yayımlanıb. 

Beren Saatın baş rola çəkildiyi serialın fraqmanı yayımlandıqdan sonra aktrisa Twitter-də gündəm olub. Ona fanatları #BerenSaat həştəqiylə dəstək olublar.

Aktrisa serialın frqamanını Instagram hesabından da paylaşıb. Paylaşıma qısa zamanda minlərlə bəyəni, tərif dolu şərhlər gəlib. 

Serialın ilk bölümü 27 Dekabr tarixində Netflix-də yayımlanacaq.

Rollarda Beren Saatla yanaşı, Mehmet Günsür, Metin Akdülger, Melisa Şenolsun, Civan Canova və başqaları çəkilib.

Ssenariyə gəlincə isə Anadolu torpaqlarında bir qazıntı zamanı edilən kəşf gənc bir rəssamın (Beren Saat) həyatını dəyişdirir, keçmişiylə bağlı sirrlərin ardınca düşməsinə yol açır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
558 553 421 520 470 446

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.