Kənan Heydərov

Kənan Heydərov Texnologiya 19-11-2019, 17:33

Ghosty - "Instagram"da gizli profilləri "qıran" TƏHLÜKƏLİ proqram

Ghosty - "Instagram"da gizli profilləri "qıran" TƏHLÜKƏLİ proqram
Məşhur "İnstagram" sosial şəbəkəsində gizli profillərə daxil olmaq üçün istifadə olunan yeni "Ghosty" proqramı bəzi istifadəçilər tərəfindən maraqla qarşılansa da, bir çoxlarının etirazlarına səbəb olub.

LOADİNG.AZ-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, təhlükəsizlik qaydalarını pozduğu üçün hazırda proqram problemlərlə üzləşib. 

Belə ki, istifadəçilərinin şəxsi məlumatlarına təhlükə yaratdığı üçün "İnstagram" bu məsələni məhkəmədə həll etməyi planlaşdırır.
 
Qeyd edək ki, "Ghosty" proqramı qısa müddətdə "Google Play Store"da yüklənmə rekordu qırıb. Bu yaxınlarda silinənədək 500 mindən çox yükləmə qeydə alınıb.

Onun vasitəsilə istifadəçilər heç bir iz buraxmadan "ruh kimi" gizli profilləri izləyərək, paylaşımlarını görə bilir.

Sözügedən tətbiqi yükləyən istifadəçilər, "Instagram" hesabı ilə sistemə daxil olurlar. Lakin proqrama daxil olduqda, izlənilən gizli hesabların profilləri ilə yanaşı, istifadəçilərin öz profilləri də qeydə alınır. Bununla da "Ghosty"dən istifadə edən şəxs həm özünün, həm izlədiyi şəxslərin məlumatları üçün təhlükə yaradır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 398 473 534 484 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.