amon

amon İdman 20-11-2019, 22:18

Nur-Sultandakı həyat şərtləri “Mançester Yunayted”in oyunçularını qorxudub

Nur-Sultandakı həyat şərtləri “Mançester Yunayted”in oyunçularını qorxudub
Avroliqanın qrup mərhələsində Qazaxıstanın “Astana” komandası ilə görüşəcək “Mançester Yunayted” futbolçularına oyun qabağı Nur-Sultan küçələrində çox dolaşmamaq məsləhət görülüb.

Bu barədə ESPN məlumat yayıb. Nəşrin məlumatına görə, məsləhətin səbəbi paytaxtın soyuq havasıdır. Oyunçulara on dəqiqədən çox açıq havada olmamaq məsləhət görülüb. Oyun günü havanın temperaturunun -20 dərəcə olacağı gözlənilir.
“Astana” və “Mançester Yunayted” arasındakı matç noyabrın 28-də baş tutacaq. Oyun bağlı məkanda - süni ot örtüklü “Astana Arena”da keçiriləcək.
Qeyd edək ki, “Qırmızı şeytanlar” Avroliqanın pley-off mərhələsinə çıxışı təmin ediblər. Komanda 4 oyundan 10 xal toplayıb. “Astana” isə 0 xalla qrupun sonuncusudur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
446 430 425 448 418 463

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.