HASANLY

HASANLY Xəbərlər 25-11-2019, 14:34

Metroda yenə problem: stansiyalarda böyük sıxlıq yarandı

Metroda yenə problem: stansiyalarda böyük sıxlıq yarandı
Bakı metrosunda qatarda bu gün də problem yaranıb.
Loading.Az Milli.Az-a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hadisə bu gün saat 08:30 radələrində metronun "Həzi Aslanov" stansiyasında baş verib: "Maşinist qatarda nasazlıq ehtimal edib və qatara əlavə baxış keçirib. Nəticədə 4 dəqiqə yubanma olub".
Hazırda intervalın bərpası ilə bağlı tədbirlər görülür.
Qeyd edək ki, bu gün metroda yaranmış problem səbəbindən qatarlar 8 dəqiqə gecikib. Nəticədə stansiyalarda böyük sıxlıq yaranıb.   

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
356 352 331 403 335 376

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.