HASANLY

HASANLY Xəbərlər 27-11-2019, 16:27

Messi “Barselona”dan gedir - Sensasiyalı iddia

Messi “Barselona”dan gedir - Sensasiyalı iddia
Lionel Messi 2021-ci ilin yayında kapitanı olduğu "Barselona"nı tərk etmək niyyətindədir.
Loading.Az Milli.Az-a istinadən xəbər verir ki, bu haqda "France Football" nəşri məlumat yayıb. Argentinalının bununla bağlı fikrini sabiq komanda yoldaşı Neymara bildirdiyi iddia edilib.
Qeyd olunub ki, bu il "Liverpul"a Çempionlar Liqasının yarımfinal oyunundakı məğlubiyyətdən sonra Messi Neymara belə bir mesaj yazıb: "Mən istəyirəm ki, sən qayıdasan. İki il sonra mən gedəcəyəm. Bu zaman sən tək qalacaqsan və mənim yerimi tutacaqsan".
"El Mundo Deportivo" qəzeti isə bu mesajın həqiqətə yaxın olduğunu yazıb. Çünki bu yaxınlarda Messi özü də etiraf edib ki, 2020/21 mövsümü yekunlaşanda "Barselona"nı tərk edə bilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
379 428 393 356 386 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.