Kənan Heydərov

Kənan Heydərov İdman 29-11-2019, 16:00

Erməniləri "Qarabağ"ın oyununda stadiondan qovublar

Erməniləri "Qarabağ"ın oyununda stadiondan qovublar
Ermənilər "Qarabağ"ın Avropa Liqasındakı oyununda növbəti dəfə təxribata əl atıblar.

LOADİNG.AZ "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin səfərdə "Sevilya"ya 0:2 hesabı ilə uduzduğu matç zamanı "Ramon Sançes Pisxuan" stadionunda erməni bayrağı asılıb.

Azərbaycanın İspaniyadakı diasporunun üzvlərinin sərt etirazından sonra nəinki bayraq yığışdırılıb, həmin ermənilər də tribunadan uzaqlaşdırıblar.

Qeyd edək ki, “Qarabağ”ın oktyabrın 3-də Lüksemburqda “Düdelanj”la görüşünün 30-cu dəqiqəsində ikinci qolundan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Bundan sonra şotlandiyalı referi Con Biton Ağdam komandasının futbolçularının tələbi ilə matçı saxlayıb. Ardınca Lüksemburqun idman naziri Dan Kerş Azərbaycan çempionunun soyunub-geyinmə otağına gələrək üzr istəyib.

Nazir ölkəsinin Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi saydığını, təxribatçıların tapılaraq cəzalandırılacağını deyib. D.Kerş üzrxahlığını stadionun diktor otağında da elan etdikdən sonra oyun davam etdirilib. Matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 4:1.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
426 457 433 417 436 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.