Kənan Heydərov

Kənan Heydərov İdman 2-12-2019, 09:00

UEFA-nın yeni reytinqi açıqlandı

UEFA-nın yeni reytinqi açıqlandı
Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Sevilya"ya səfərdə 0:2 hesabı ilə uduzduğundan ölkəmizin reytinqində dəyişiklik olmayıb. Azərbaycanın bu mövsümdəki əmsalı 3,125-də qalıb.


Son 5 ilin nəticələrinə görə 18,500 xalı olan Azərbaycan 26-cı sırada qərarlaşıb. 25-ci yerdə olan Belarusun 18,875 xalı var. Belarusun avrokuboklarda təmsilçisi qalmadığından, "Qarabağ"ın qrup mərhələsinin son turunda "Düdelanj"a qalib gəlməsi ölkəmizin 25-ci sıraya yüksəlməsinə səbəb ola bilər. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
476 440 422 355 482 416

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.