HASANLY

HASANLY İdman 29-11-2019, 13:20

"Qarabağ" qrupdan çıxmağa layiq idi" - Xulen Lopeteqi

"Qarabağ" qrupdan çıxmağa layiq idi" - Xulen Lopeteqi
Avropa Liqasının qrup mərhələsinin V turunun "Sevilya" - "Qarabağ" (2:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında İspaniya klubunun baş məşqçisi Xulen Lopeteqi fikirlərini bildirdi.
Loading.Az sportal.az-a istinadən xəbər verir ki, o, "Qarabağ"ın 5 müdafiəçi ilə oynamasına təəccübləndiyini söylədi:
" Biz "Qarabağ"ın oyuna 5 müdafiəçi ilə başlamasına təəccübləndik. Rəqibdən hücum futbolu gözləyirdik. Bununla belə, oyunu oxudular və müdafiədə az səhvə yol verdilər. Ancaq hücum şansları da az oldu".
İspaniyalı mütəxəssis "Qarabağ"ın növbəti mərhələyə layiq olduğunu söyləyib:

"Qarabağ" neçə ildi Avropada oynayır. Çempionlar Liqasında yaxşı oyunlar gösətərib, mən "Atletiko" ilə matçları xatırlayıram. Bu komanda öz çempionatlarında hamıdan iki baş üstündü. Ona görə dəAvropada inamlı çıxış edir. "Qarabağ" qrupdan çıxmaa layiq idi".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
441 485 437 347 407 458

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.