Rəsədxanadan naməlum obyektlə bağlı açıqlama - Video

Dünən Azərbaycanda heç bir naməlum obyekt görülməyib.

Bu sözləri açıqlamasında Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov dünən axşam Azərbaycanın bəzi rayonlarında səmada işıqlı obyektin müşahidə olunması ilə bağlı iddialar haqqında danışarkən deyib. O bildirib ki, rəsədxanada bununla bağlı heç bir məlumat yoxdur:
“Azərbaycanda naməlum obyektin görünməsi ilə bağlı rəsədxanada heç bir məlumat yoxdur. Sözügedən naməlum obyekt Rusiya səmasında görünüb və bununla da bağlı açıqlama verildi ki, Rusiya “Topol” raketini sınaqdan keçirib, həmin işıq da raketin işığı olub. Biz Azərbaycan səmasında belə obyekt müşahidə etməmişik”.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən obyektin Füzuli, Tərtər və Gədəbəy, hətta Bakı səmalarında müşahidə edildiyini yazıblar.
[media=https://www.youtube.com/watch?v=P4hO-osrHeA&feature=youtu.be]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
291 309 253 203 240 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.