HASANLY

HASANLY Xəbərlər 30-11-2019, 11:42

Buxarestdə AVRO-2020 püşkü atılacaq

Buxarestdə AVRO-2020 püşkü atılacaq
Bu gün AVRO-2020-nin final mərhələsinin püşkatması olacaq.
Loading.Az apasport.az-a istinadən bildirir ki, bu səbəbdən də bütün Avropanın diqqəti Rumıniyanın paytaxtı Buxarestə yönələcək.
Tədbirdə final mərhələsinin 24 iştirakçısı hər birində 4 komanda olmaqla, 6 qrupa bölünəcək. Bu komandalardan 20-nin adı dəqiqləşib. Həmin komandalar seçmə mərhələdəki nəticələrinə əsasən səbətlərə paylanılıb. Ən zəif 2 yığmanın yer aldığı sonuncu səbətə pley-offun qalibləri də qoşulacaq.
 
1-ci səbət
Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna
2-ci səbət
Fransa, Polşa, İsveçrə, Xorvatiya, Niderland, Rusiya
3-cü səbət
Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya
4-cü səbət
Uels, Finlandiya, pley-offdan gələcək 4 komanda
Seçmə mərhələdə vəsiqə qazanmayanlar arasında Millətlər Liqasında daha yüksək nəticə göstərən komandalar 4 yol üzrə güclüləri müəyyənləşdirəcək. 2020-ci il martın 26-da və 31-də baş tutacaq görüşlərin iştirakçısı olacaq 16 komanda püşkatmaya potensial iştirakçı gözü ilə baxacaq.
D yolu: Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo
C yolu: Norveç/Serbiya-Şotlandiya/İsrail
B yolu: Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya
A yolu: Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya
Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinin qarşılaşmaları 12 şəhərdə baş tutacaq. Bu da Avropa çempionatının 60 illiyi ilə bağlıdır. Hər qrupun görüşləri iki ölkədə oynanılacaq.

A qrupu: İtaliya, Azərbaycan
B qrupu: Rusiya, Danimarka
C qrupu: Niderland, Rumıniya
D qrupu: İngiltərə, Şotlandiya
E qrupu: İspaniya, İrlandiya
F qrupu: Almaniya, Macarıstan
ROMEXPO sərgi mərkəzində təşkil olunacaq tədbir bəzi yığmalar üçün yalnız rəqiblərin müəyyənləşməsi baxımından kəsb edir. Çünki təşkilatçı ölkələrin yığmaları öz oyunlarını doğma şəhərdə keçirmək hüququna malikdir. Bu üzdən də 7 yığmanın qrupu artıq dəqiqləşib. 
Həmin komandalar öz səbətlərindən olan milli ilə eyni qrupa düşməyəcək. Buna görə də daha iki yığmanın qrupu öncədən bəllidir. Birinci səbətdə yer alan 6 komandadan dördü meydan sahibidir. Onlarla düşməsi mümkün olmayan Ukrayna və Belçika B ilə C qruplarında yer alacaq. Ukraynalıların Rusiya ilə düşməsinin mümkünsüzlüyü isə onlardan hansının hansı qrupda olmasında rol oynayıb.
A qrupu: İtaliya
B qrupu: Belçika, Rusiya, Danimarka
C qrupu: Ukrayna, Niderland
D qrupu: İngiltərə
E qrupu: İspaniya
F qrupu: Almaniya
Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
692 729 686 726 641 646

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.