Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-12-2019, 20:00

ATV-nin efirində qayınana-gəlin dalaşdı - FOTO

ATV-nin efirində qayınana-gəlin dalaşdı - FOTO
Aparıcı Zaur Baxşəliyevin "Bizimləsən" verilişində gəlinlə qayınana arasında dava düşüb.

Verilişə gələn Günay və Ramin adlı cütlük arasında mübahisə yaşanıb. Ramin övladını Günaya vermək istəmədiyini deyib.

Raminin anası Rahilə də verilişə gələrək qızı gəlin kimi qəbul etmədiyini söyləyib:

"35 yaşımdan tək övlad böyüdürəm. 17 illik ailəmi ərim qoydu getdi. Uşaqlarımı tək böyütdüm. hamilə olanda Günaya dedim ki, səndən uşaq istəmirəm. Evlənib boşanmış qadındır. Mən toy edib, evimə gəlin gətirmək istəyirəm. Kişi kimi qadınam, əlimi stola vururamsa, dediyim olmalıdır. Uşağım gedib zülmlə işləyir, alır əlindən. Uzaq gəzsin uşağımdan. Bədbəxt, get balalarını oxut, sənəd ver əllərinə".

Günay isə "Yalan danışır. Rusiyada gündə bir kişiylə gəzən rəfiqən var" deyərək, qadını daha da özündən çıxarıb.

Rəhilə "Onun haqqı yoxdur kiminsə haqqında belə söz desin. Onu studiyadan çıxarın, yoxsa onu parçalayacam. Cinə oxşayırsan, çıx uşağımın yanından. Səni parçalayaram" deyərək, qışqırırb.

"Anam həyatımda atdığım addıma "yox" desəydi, qəbul edərdim. Anamı heç bir zaman əziyyət çəkməsinə imkan verməzdim. Anam əziyyətlə, zülmlə, kipriyi ilə od kötürüb, məni böyüdüb. Məni hər kəs ata bilər, anamdan başqa" deyə, Zaur söyləyib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 444 325 355 411 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.