Ağdaş-Bakı marşrutunda qızıl oğurlayan şəxs yaxalanıb - VİDEO
Ağdaş-Bakı marşrutunda qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb.
Xezerxeber.az-ın məlumatına görə, əməliyyatı Hacıqabul polisi keçirib.
Ağdaşın Ləki qəsəbə sakini Gülnar Mollayeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək bildirib ki, bir müddət öncə mikroavtobusla Ağdaşdan Bakıya gedib. Hacıqabulun Muğan qəsəbəsi ərazisində mikroavtobusun yük hissəsində olan ona məxsus uşaq çantasından 5 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qızıl-zinət əşyalarını oğurlayan şəxsin Yevlax sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Həsrət Bəkirov olduğu müəyyən edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.
Həsrət Bəkirov oğurladığı qızıl-zinət əşyalarını sataraq pul əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.