Bakıda iki tələbə qidadan zəhərlənib - VİDEO

Nizami rayonu, NZS qəsəbəsində iki nəfər qidadan zəhərlənib.

Xezerxeber.az-ın məlumatına görə, axşam yedikləri qidadan sonra özlərini pis hiss edən Azərbaycan Dövlət Neft və Sənaye Unversitetinin 4-cü kurs tələbəsi Elşad Həsənov və onunla bir evdə kirayədə qalan Bakı Dövlət Unversitetinin 4-cü kurs tələbəsi Niyaməddin Tağıyev təcili yardıma zəng vurublar. Təcili yardım avtomobili hər iki tələbəni 3 saylı şəhər xəstəxanasına aparıb. Həkimlər dərhal onlara tibbi müdaxilə ediblər.

Tələbələrin zəhərlənməsi ilə bağlı Qida Təhlukəsizliyi Agentliyinin əməkdaşları tərəfindən araşdırmalara başlanıb.

Həkim Namiq Nəbiyev hadisə barədə məlumat verib. 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
270 262 291 233 194 242

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.