Meza Kollinin cəzası azaldıldı, "Zirə"nin cəriməsi ləğv edildi
Milli.Az xəbər verir ki, yığıncaqda "Zirə" və "Keşlə"nin müraciəti ilə bağlı qərar qəbul olunub.
"Zirə" tərəfindən verlmiş apellyasiya şikayəti qismən təmin edilib. X turun "Sumqayıt"la görüşündə qəsəbə təmsilçisi oyunun AFFA nümayəndəsini və hakim-inspektorunu tələb olunan yerlə təmin etmədiyinə görə 800 manat cərimə olunmuşdu. Bu qərar qüvvədə saxlanılıb. Ancaq ikinci hissə ev sahibləri üzündən 2 dəqiqə gec başladığına görə klubun 2400 manat cərimə olunması qərarı ləğv olunub.
"Keşlə"nin şikayəti də qismən təmin edilib. XII turun "Zirə" ilə matçının 60-cı dəqiqəsində Sezar Meza Kollinin aqressiv davranışa görə cəzalandırıldığı oyun sayı 1-ə endirilməklə qalan 2 qarşılaşmada cəzadan şərti olaraq azad edilib.