HASANLY

HASANLY Xəbərlər 2-12-2019, 14:20

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri bahalaşdırıb

Azərbaycandakı banklar xarici valyutada verdiyi kreditləri bahalaşdırıb
Azərbaycanda xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi bu il noyabrın 1-nə 6,69% təşkil edib.
Loading.Az Milli.Az-a istinadən Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, faiz dərəcəsi oktyabrın 1-i ilə müqayisədə 0,05 faiz bəndi artıb. Beləliklə, manatla verilmiş kreditlərdə orta faiz dərəcəsi üzrə ilin əvvəlindən davam edən azalmanı artım əvəz edib. Hüquqi şəxslərə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 5,51%-dən 5,54%-ə, fiziki şəxslərə verilmiş kreditlər üzrə isə 11,36%-dən 11,61%-ə yüksəlib.
Hesabat dövründə manatla verilmiş kreditlərin orta faiz dərəcəsi 14,34% olmaqla sabit qalıb.
Xatırladaq ki, 1 yanvar 2019-cu il tarixinə manatla kreditlərdə orta faiz dərəcəsi 14,24%, xarici valyutada isə 8,06% olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 372 389 374 417 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.