HASANLY

HASANLY Xəbərlər 3-12-2019, 16:41

Azərbaycan yığmasının eks-məşqçisinə 5 illik həbs cəzası

Azərbaycan yığmasının eks-məşqçisinə 5 illik həbs cəzası
Cüdo üzrə Azərbaycan yığmasının keçmiş baş məşqçisi Peter Zayzenbaher pedofiliyaya görə beş il müddətinə azadlıqdan məhrum edilib.
Loading.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ikiqat Olimpiya çempionu ittiham olunduğu bütün maddələrlə günahkar bilinib.
Eks-cüdoçunu 10 il həbs cəzası gözləsə də, idmançının əvvəllər məhkum olunmadığına görə məhkəmə onun cəzasını azaldıb. Zayzenbaher özünü günahkar hesab etməyib və bildirib ki, bu, ona qarşı qurulan plandır. Onun işi appelyasiyaya vermək imkanı var.
Qeyd edək ki, Zayzenbaher ilk dəfə Azərbaycan yığmasına 2012-ci ildə başçılıq etməyə başlayıb, lakin 2014-cü ildə postunu tərk edib. Avstriyalının başçılığı altında Elxan Məmmədov Azərbaycanın cüdo tarixində ilk dünya çempionu olub. 2015-ci ildə Zayzenbaheri yenidən Azərbaycana dəvət ediblər. Rioda keçirilən Olimpiadada onun başçılıq etdiyi komanda iki gümüş medal qazanıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
287 382 361 397 331 311

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.