HASANLY

HASANLY Xəbərlər 4-12-2019, 14:30

Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iştişaş baş verib

Yunanıstanın Xios adasındakı qaçqınlar düşərgəsində kütləvi iştişaş baş verib
Yunanıstanın Xios şəhərinin polisi qaçqınlar düşərgəsində kütləvi iğtişaşa səbəb olan üç nəfəri saxlayıb. İğtişaş iki etnik qrup arasında baş verib və kütləvi hal alıb.
Loading.Az AZƏRTAC-a istinadən bildirir ki, miqrantlar bir-birinə kəsici alətlər, daş və digər əşyalar atıblar. Nəticədə bir polis və iki miqrant ağır yaralanıb.
Xiosdan əlavə, Yunanıstanın digər adalarında, o cümlədən Lesbos və Samos adalarında kütləvi iğtişaşlar mütəmadi olaraq baş verir. Onların bəziləri yerli əhali ilə miqrantlar, digərləri isə miqrantların daxilindəki etnik qruplar arasında baş verir. Yunanıstan hökumətinin miqrantların yerləşdirilməsi ilə bağlı həyata keçirdiyi bir sıra tədbirlərə baxmayaraq, miqrantların sayı artdıqca münaqişələr də çoxalır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
330 389 357 357 316 359

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.