HASANLY

HASANLY Xəbərlər 4-12-2019, 15:39

Dünya Meteorologiya Təşkilatı: cari onillik ən isti dövr ola bilər

Dünya Meteorologiya Təşkilatı: cari onillik ən isti dövr ola bilər
Cari onillik meteoroloji müşahidələrin başladığı vaxtdan bəri ən isti dövr ola bilər.
Loading.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat Dünya Meteorologiya Təşkilatının Madriddə keçirilən iqlim üzrə COP25 konfransında təqdim olunan məruzəsində yer alıb.
2019-cu ildə dünya temperaturu (yanvar ayından oktyabra qədər olan məlumat) sənayeləşmədən öncəki dövrlə müqayisədə 1,1 dərəcə yüksək olub. Cari il meteoroloji müşahidələrin başlandığı vaxtdan indiyədək qeydə alınan ən isti illər arasında ikinci və ya üçüncü yeri tutacaq. Ən isti il isə əvvəlki kimi 2016-ci ildir. "Sonuncu beşillik (2015-2019-cu illər) və onillik (2010-2019-cu illər) çox güman ki, meteoroloji müşahidələrin başladığı vaxtdan bu yana ən isti dövrlər olacaq", - təşkilatın məruzəsində belə deyilir.
2018-ci ildə atmosferdə karbon qazının miqdarı rekord səviyyəyə çatıb və 2019-cu ildə artmaqda davam edib. Qrenlandiya və Antarktidada buzlaqların əriməsi dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, dekabrın 2-13-də Madrid şəhərində Çilinin sədrliyi ilə BMT-nin iqlim dəyişikliyi barədə çərçivə konvensiyası tərəflərinin konfransı (COP25) keçirilir. Konfransda 200-ə yaxın ölkənin nümayəndəsi iştirak edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 332 350 271 309 345

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.