HASANLY

HASANLY Xəbərlər 4-12-2019, 17:48

Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR

Birləşmiş Krallıqda ilk dəfə - QADIN ƏSGƏRLƏR
Çelsi Munday və Teylor Levis adlı iki qadın orduya yazılaraq ilk ingilis əsgəri olaraq adlarını İngiltərənin hərbi tarixinə yazıblar.
Milli.Az xəbər verir ki, Çelsi və Teylor adlı iki qadın könüllü olaraq ingilis ordusuna yazılıb. Onlar altı  aylıq çətin hərbi təlimi başa vuraraq ilk ingilis qadın əsgərləri adını qazanıblar. Hərbiyə könüllü yazılan qadınlar 25 kilo ağırlığında yük daşımalı, çətin vəziyyətlərdə iştirak etməli və müharibə təlimlərindən keçməli olublar.
Belə ki, Birləşmiş Krallıqda əsrlərdir qadınların orduya daxil olması, müharibədə iştirak etməsi qadağan olunub. Lakin 2016-cı ildə İngiltərənin baş naziri David Kameron bu qanunu ləğv edib, qadınlara orduya qatılmaq icazəsini verib.
Buna baxmayaraq, Birləşmiş Krallıqda qadınların ordu sıralarına qatılması xoş qarşılanmır. Buna səbəb isə onların özlərini zədələməsi və sonsuzluq problemlərinin yaranma təhlükəsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 393 346 333 363 388

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.