♥Мой Мир♥

♥Мой Мир♥ Texnologiya 2-08-2016, 08:30

"Symantec": "Android" tətbiqi informasiyanı oğurlayaraq Azərbaycana ötürür

"Symantec": "Android" tətbiqi informasiyanı oğurlayaraq Azərbaycana ötürür
"Symantec": "Android" tətbiqi informasiyanı oğurlayaraq Azərbaycana ötürür

"Android" əməliyyat sistemi üçün nəzərdə tutulmuş tətbiqlərdən (application) biri qurğulardan (gadget) foto və videoları oğurlayır. Oğurluq faktlarını "Symantec" şirkətinin mütəxəssisləri aşkarlayıb.

Oğurluğu aşkarladıqdan sonra mütəxəssislər dərhal bu barədə "Google" şirkətini xəbərdar edib. Bunun ardınca "Google" tətbiqi internet mağazadan silib. İlkin məlumata görə, tətbiq təxminən 60 min dəfə yüklənib. Yükləndikdən sonra o qurğu sahibinin şəxsi məlumatlarına çıxış imkanı əldə edib.

"Symantec"in mütəxəssisləri iddia edir ki, oğurlanan informasiyalar avtomatik olaraq www.proqnoz.info saytının serverinə yüklənir. Mütəxəssislər bildirir ki, bu saytın serveri Azərbaycanda yerləşir.

Maraqlıdır ki, tətbiqin adı açıqlanmır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
616 568 534 542 592 480

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.