Doktoranturaya qəbul üçün ingilis dilindən imtahan ödənişli olacaq
Loading.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, doktoranturaya qəbul imtahanı verənlər üçün ingilis dilindən imtahanların Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi ilə bağlı qaydalar hazırda müzakirə olunur.
M.Abbaszadə əlavə edib ki, namizədlər üçün ingilis dilindən olan standart imtahanlar hazırlanır.
DİM sədrinin bildirdiyinə görə, birinci mərhələdə yazı işləri və dinləmə, anlama səriştələri yoxlanılacaq: "Gələcəkdə danışmaq səriştəsi də yoxlanılacaq. Yəqin ki, yanvar ayında ilk imtahanları keçirəcəyik və təbii ki, bu, ödənişli olacaq. Qaydalar təsdiq olunduqdan sonra bununla bağlı müvafiq proqram və texniki tapşırıqları dərc olunacaq".