HASANLY

HASANLY Xəbərlər 5-12-2019, 15:51

Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi

Azərbaycanda “Turizm Könüllüləri” Təşkilatı təsis edildi
"Turizm Könüllüləri" Təşkilatı geniş ictimaiyyətə təqdim edilib.
Loading.Az Trend-ə istinadən xəbər verir ki, "Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyi Bakı Konqres Mərkəzində bu gün keçirilən təsis konfransında ictimaiyyətə təqdim edilib.
Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Könüllülük Həftəsi" çərçivində baş tutub.
Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri, Turizm Könüllüləri Təşkilatının həmtəsisçisi Məhəmməd Muradov deyib ki, təşkilatın məqsədi ictimai formada turistlərə yardımı təşkil etmək, bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığı təşviq etmək, milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə könüllü iştirakçılığın önəmini təbliğ etməkdir.
Turizm Könüllüləri Təşkilatının direktoru Hüseyn Məmmədov bildirib ki, könüllülər Dövlət Turizm Agentliyi və tabeliyində olan qurumlar tərəfindən həyata keçirilən fəaliyyətlərə və təcrübə proqramlarına cəlb ediləcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
366 340 342 321 321 278

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.