HASANLY

HASANLY Xəbərlər 5-12-2019, 15:54

Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadıldı

Deputat İqbal Məmmədovun oğlunun həbs müddəti uzadıldı
Lerikdə "Relax" istirahət mərkəzində baş verən insidentlə bağlı həbs edilən deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və digərləri barələrində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
Loading.Az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Məhkəməsində prokurorluq tərəfindən verilən təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə - 2020-ci il martın 15-ə qədər uzadılıb.
Xatırladaq ki, avqustun 16-da Lerik rayonunda yerləşən "Relax" istirahət mərkəzində nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib. Hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.
Həmin faktla bağlı cinayət işi başlanıb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
436 384 404 367 369 367

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.