Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 6-12-2019, 11:08

"Yandeks" ilin ən məşhur mahnılarını açıqladı

"Yandeks" ilin ən məşhur mahnılarını açıqladı
“Yandeks.Muzıka” servisi 2019-cu ildə rusiyalı istifadəçilər arasında ən populyar mahnı və albomların onluğunu təqdim edib.

“Kommersant” xəbər verir ki, ilin seçilənləri amerikalı ifaçı Billi Ayliş və Belarusdan olan müğənni Tima Belorusskix olub.

Məlumata görə, Billi Aylişin “When we all fall asleep, where do we go?” albomuna səkkiz milyondan artıq istifadəçi qulaq asıb. Müğənninin “Bad guy” treki isə ən çox dinlənilənlər siyahısında üçlüyə daxil olub.

Öz növbəsində Tima Belorusskix yalnız ən populyar ifaçılar siyahısı ilə kifayətlənməyib. İlk onluğa onun üç mahnısı birdən düşüb.

Ən çox dinlənilən müğənni isə Zivert (“Life” treki) olub.

Reytinqə yalnız 2018-2019-cu ildə işıq üzü görən əsərlər daxil edilib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
384 343 352 410 401 371

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.