Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 6-12-2019, 14:00

"Ailəmdə hər şey yaxşıdır, boşanmamışam" - Elşən Orucov - AÇIQLAMA

"Ailəmdə hər şey yaxşıdır, boşanmamışam" - Elşən Orucov - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün "Şabaş" filminin qala gecəsi keçirilib.

Qalada bir çox məşhurlar iştirak edib. Onlardan biri də tanınmış aktyor Elşən Orucov olub. O, big.az-a özəl olaraq açıqlama verib:

"İşlərimiz çoxdur. "Youtube"da verilişim davam edir. Bilmək olmaz, gələcəkdə bəlkə gedişat elə getsə ki, efirə verək, fikirləşərik. Birinci verilişi özümüz gec verdik. Keyfiyyət çox vaxt aparır. Yaxşı ssenari üçün zaman mütləq lazımdır. Gələn aydan artıq öz qaydasına düşəcək. Növbəti qonağım Röya Ayxan olacaq. Sonrakı isə, aktyor Elməddin Cəfərovdur. Birinci dəfədir Fəlakət veriliş aparır. Onun öz yanaşması, öz yansıması var. İynəli suallar da var həmin zarafatların içərisində... inanıram ki, heç kəs məndən inciməyəcək. Tənqid etmirəm, bəzi nüansları çatdırmalıyam. Filmərin dayanmasının səbəbi biz deyilik, ümümi problemlər var. Öz həllini tapacağına inanıram".

Aktyor ailəsindən boşanma xəbərinə də aydınlıq gətirib:

"Ailəmdə hər sey yaxşıdır. Bilmirəm niyə mənim haqqımda belə yazılar yazırlar?! İstəməzdim mən bu haqda danışım. Yalan məlumatdır, belə bir şey yoxdur. Reytinq xatirinə belə şeylər edirlər. Nəyisə danışanda dönüb öz ailəsinə, arxasındakı insanlara baxsınlar. Hərənin öz fikri var, öz baxışı var. İnsanlara mən maraqlıyam. Ailəm mənə məxsusdur. İşlərimi də təqdim edirik".

Elşən Orucov çəkildiyi filmlərdə aldığı qonorarlardan da danışıb:

""Bu Şəhərdə" kollektivindən də təklif gəlsə razı olaram. Məni hər yerdə görmək olar. Çünki, mən hamı ilə dostluq edirəm. Yaxşı təklif olsa, əbəttə! Ən böyük qonararın qədərini deməyəcəm. Sadəcə ətrafımdakılara qıcıq yaratmasın deyə istəmirəm açıqlamaq. Azərbaycanda bəlkə də ən birinci mənəm ki, yüksək qonorar almışam". 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
550 519 426 481 483 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.