HASANLY

HASANLY Xəbərlər 6-12-2019, 16:00

Ekspert: "Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır"

Ekspert: "Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır"
"Deloitte" şirkətinin sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən və illik dövriyyəsi 100 milyon dollardan çox olan şirkətlərin 87 faizi gəlirlərinin daha da artacağını hesab edir.
Loading.Az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
Ekspert bildirib ki, rəyi soruşulan şirkətlərin 75 faizi isə 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu, onu göstərir ki, biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır.
V.Qasımlı qeyd edib ki, Azərbaycan Dünya Bankının "hökumətin səmərəliliyi" göstəricisinə görə, 2007-2018-ci illərdə regionda daha çox irəliləyişə nail olub, çünki Azərbaycanda islahatlar BMT-nin dayanıqlı inkişaf məqsədlərinə, yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
371 268 361 315 351 336

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.