Kama Balidə bahalı klip çəkdirdi - Video

Rəqqasə Kama Safarəliyeva yeni klipi üçün İndoneziyaya gedib.

Sənətçi Bali adasında obyektiv qarşısına keçib. O, klipinə də elə "Bali" adını verib. Kama beş fərqli obrazda adanın fərqli yerlərində rəqs nümayiş etdirib. Diqqətçəkən məqamlardan biri isə rəqqasənin okean sahilində çimərlik geyimində pozlar verməsi olub.

 
Kama ekran işində adanın sakinlərinə də yer verib. Onun makiyajı üzərində isə vizajist Günel Axundova çalışıb.
K.Safarəliyeva klipi barədə danışarkən fərqli görüntülər üçün Bali adasını seçdiyini deyib:
"İstədim ki, həm təbiət qoynu olsun, həm də fərqli bir klip alınsın. Bunun üçün də gözəl mənzərələrlə bol olan Balini seçdim. Məncə, pis də alınmadı. Klip çox rəngarəngdir".


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 393 383 385 417 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.