Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 7-12-2019, 09:09

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir
Sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar olaraq 8 dekabr 2019-cu il tarixdən etibarən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcəkdir.

Azərbaycanda sərnişin qatarlarının maksimal hərəkət sürətlərinin artırılması ilə əlaqədar dekabrın 8-dən beynəlxalq və ölkədaxili sərnişin qatarlarının 2019/2020-ci illər üçün yeni hərəkət cədvəli tətbiq ediləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-i məlumat yayıb.

Məlumatda qeyd olunuub ki, Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən beynəlxalq sürət qatarının yolda olma müddədti 55 dəqiqə, Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən ölkədaxili sərnişin qatarlarının yolda olma müddədti isə 50 dəqiqə azaldılıb.

Bakı-Tbilisi-Bakı marşrutu ilə hərəkət edən 38/37 nömrəli beynəlxalq sürət qatarı Bakıdan saat 23-15-də (20-40 əvəzində) yola düşəcək. Tbilisiyə qatar saat 10-35-də (8-55 əvəzində) çatacaq Tbilisidən saat 20-35-də yola düşərkən Bakıya saat 7-30-da (8-52 əvəzində) çatacaq. Sərnişinlərin sərhəd-nəzarət məntəqəsində erkən saatlarında yoxlamaların aparılmaması yeni hərəkət qrafikində nəzərə alınıb.

Bakı-Böyük Kəsik-Bakı marşrutu ilə hərəkət edən 666/665 nömrəli sərnişin qatarı yeni hərəkət cədvəlində 66/65 nömrəsi ilə sürət qatarı kimi hərəkət edəcək. Qatar Bakıdan saat 23-55-də (23-00 əvəzində) yola düşəcəkdir. Böyük Kəsik stansiyasına qatar saat 8-55-də (8-50 əvəzində) çatacaq. Böyük Kəsik stansiyasından saat 21-40-da (20-20 əvəzində) yola düşərkən Bakıya saat 6-25-də-da (6-30 əvəzində) çatacaq.

Yeni hərəkət cədvəlində "Rusiya Dəmir Yolları" SC-yə məxsus olan 392/391 nömrəli Rostov-Bakı-Rostov sərnişin qatarının tərkibində əlavə olaraq Novorossiysk-Bakı-Novorossiysk və Mahaçqala-Bakı-Mahaçqala qoşma vaqonları hərəkət edəcək. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
617 516 538 526 576 561

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.