Kənan Heydərov

Kənan Heydərov İdman 7-12-2019, 11:11

Türkiyə “Real” Madridin sponsoru olur

Türkiyə “Real” Madridin sponsoru olur
Türkiyə hökuməti Madridin “Real” klubuna sponsorluq edəcək.

Ölkənin Turizm Nazirliyi buna görə Madrid təmsilçisinə illik 12 milyon avro ödəyəcək. “Real”ın məşqlərdə Türkiyəni, bundan başqa bu ölkənin adı yazılan məhsulları reklam edəcəyi bildirilir.
“Marca” qəzeti yazıb ki, bununla bağlı danışıqlar müsbət nəticələnib. Sponsorluq müqaviləsinin müddəti barədə məlumat yoxdur. Eyni zamanda bu əməkdaşlığın “Real”ın hazırkı baş sponsoru “Emirates”lə münasibətlərə necə təsir edəcəyi də maraqla gözlənilir.
Türkiyənin ölkənin turizmini inkişaf etdirmək məqsədi ilə bu əməkdaşlığa başlayacağı bildirilir.
Xatırladaq ki, daha öncə Madridin başqa bir klubu “Atletiko” Madrid Azərbaycanın reklamını etmişdi.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
399 478 356 451 430 412

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.