HASANLY

HASANLY Xəbərlər 7-12-2019, 11:13

Məktəbli qızların yubkasının uzunluğunu ölçən direktorun səs yazısı yayıldı

Məktəbli qızların yubkasının uzunluğunu ölçən direktorun səs yazısı yayıldı
Türkiyədə məktəblərdən birində qalmaqal yaşanıb. Qız şagirdlərin yubkasının uzunluğunu ölçən məktəb direktorunun səs yazısı yayılıb.
Loading.Az bizimyol.info-ya istinadən xəbər verir ki, hadisə Siirt şəhərində baş verib. Səs yazısında direktor F.K.-nın şagirdləri təhqir etdiyi eşidilir: "Tərbiyəsiz, kəs səsini. Sən dənizə getmirsən, çimərlik paltarı ilə gələ bilməzsən bura. Sənin yataq otağın deyil bura. Yubkanı daraldaraq, qısaldaraq, baldırını göstərərək deyil. Saçın arxadan yığılmalıdır".
Məsələni Türkiyə Təhsil Nazirliyi nəzarətə götürüb. Bəyanatda Siirtdəki Anadolu Liseyində direktorun şagirdlərdən birini təhqir etdiyi, buna görə işindən kənarlaşdırıldığı bildirilir. Eyni zamanda, məsələ ilə bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 510 433 425 409 420

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.