Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 8-12-2019, 15:00

Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi - İsmayıllıda dəhşət

Qəzada oğlunun öldüyünü zənn edən kişi dünyasını dəyişdi - İsmayıllıda dəhşət
İsmayıllıda yol qəzası baş verib.

LOADİNG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunda baş verib. İlkin məlumatlara görə, hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər hadisə yerində ölüb, üç nəfər ağır yaralanıb. Xəsarət alanlar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada daha bir ölüm hadisəsi baş verib. Belə ki, yaralılardan birinin qohumu qəzada oğlunun öldüyünü zənn edərək infarkt keçirib. Xəbəri qəfil eşidən və ürək xəstəsi olan kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
271 338 310 295 343 373

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.