“Başımda səməni...”
Müğənni Eldar Qasımov bu dəfə də paylaşımı ilə gündəmə gəlib.
Buna zəmin yaradan isə onun yaşıl rəngdə saçlarla foto çəkdirməsidir.
Sənətçi “Hələ Yeni il el-obamıza çatmayıb, başımda isə artıq səməni bitməkdədir” deyə, paylaşımına şərh yazıb.
Onun bu fotosuna həmkarları da biganə qalmayıb. Müğənni Nigar Camal yaxın dostuna “Bismillah” deyə, rəy bildirib.







