HASANLY

HASANLY Xəbərlər 10-12-2019, 10:45

Ağdamda EV YANDI: ailənin 4 üzvü tüstüdən zəhərləndi

Ağdamda EV YANDI: ailənin 4 üzvü tüstüdən zəhərləndi
Ağdamda fərdi yaşayış evində yanğın olub, bir ailənin 4 üzvü zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Loading.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. 
Hadisə yerinə FHN-in yanğından mühafizə bölməsi çağırılıb. Yanğınsöndürənlər alovu söndürərək qonşu evlərə keçməsinin qarşısını alıb. Yanğın zamanı 17 yaşlı Məmmədova Arzu, 40 yaşlı Məmmədova Səkinə, 44 yaşlı Məmmədova Aygün və 2002-ci il təvəlludlü Məmmədov Rauf tüstüdən zəhərlənib. 
Hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları zəhərlənən ailə üzvlərini Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. 
Faktla bağlı araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
406 406 318 341 392 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.