HASANLY

HASANLY Xəbərlər 10-12-2019, 10:58

Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu

Azərbaycanlı reperlərin avtomobili atəşə tutuldu
"HammAli & Navai" qrupunun reperləri Aleksandr Əliyevlə Nəvai Bəkirovun içərisində olduqları avtomobil atəşə tutulub.
Loading.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional idarəetmə mərkəzinin nümayəndəsi məlumatverib. İnsident reperlər Lipetskdən Moskvaya qayıdarkən baş verib. Onların sözlərinə görə, maşınlarının yaxınlığında silahdan açılan atəşə oxşayan səslər eşidiblər. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "HammAli & Navai" solistləri ilə bağlı daha bir hadisə dekabrın 9-na keçən gecə Lipetskdə baş verib. Səhnənin minalanması ilə bağlı anonim zəng səbəbindən reperlərin konserti yarımçıq qalıb. Yoxlamalar zamanı heç bir partlayıcı vasitə tapılmayıb.
Rusiya DİN nümayəndəsi hər iki insident arasında bağlılıq olmadığını bildirib.
"HammAli & Navai" qrupu 2016-cı ildə yaradılıb. Aleksandr Əliyev və Nəvai Bəkirov Azərbaycanda doğulsalar da, Rusiyada fəaliyyət göstərirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 421 430 455 457 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.